Kişineu şəhər meri COP29 barədə məlumatlandırılıb

Kişineu şəhər meri COP29 barədə məlumatlandırılıb
  02 Noyabr 2024    Oxunub:489
Kişineu şəhərinin inkişafında Moldovada yaşayan Azərbaycan icması öz töhfəsini verməkdədir.
Bu fikri Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramovla görüşündə Kişineu şəhərinin meri İon Çeban söyləyib.

Mer bildirib ki, Moldovadakı Azərbaycan icması Bakı ilə Kişineu arasında əməkdaşlığın inkişafında körpü rolunu oynayır.

E.Bayramov öz növbəsində meri Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumatlandırıb. Qeyd edib ki, COP29 dünyada iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verəcək. Diaspor rəhbəri bildirib ki, Azərbaycan icması bu mötəbər tədbir ərəfəsində Kişineuda ağacəkmə kampaniyasını keçirmək niyyətindədir.

Görüş zamanı tərəflər Azərbaycan diasporu tərəfindən Zəfər Gününün qeyd edilməsi, eləcə də COP29-a həsr olunmuş tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Görüşdə MAK üzvü Faiq Nəsibov da iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti