ABŞ xarici müdaxiləyə hazırlaşır

   ABŞ xarici müdaxiləyə hazırlaşır
  04 Noyabr 2024    Oxunub:1530
Vaşinqton administrasiyası əmindir ki, seçkidən sonra yeni prezidentin inauqurasiyasına qədərki müddətdə xarici dövlətlər – Rusiya, Çin və İran ölkə ərazisində sabitliyi pozmağa cəhd edə bilərlər.
“The Washington Post” yazır ki, hazırda Bayden administrasiyasındakı yüksək vəzifəli şəxslər gözlənilən xarici müdaxiləni qarşısını almaq üçün xüsusi hazırlıq vəziyyətindədirlər. Onların fikrincə, ölkənin indiki həssas vəziyyətində güclü siyasi qütbləşmə Birləşmiş Ştatları zəiflədir. Xarici güclər isə bundan istifadə etməyə çalışacaqlar.

Materialda iddia olunur ki, Pentaqon 5 noyabr – 20 yanvar aralığında baş verəcəyi gözlənilən mənfi hadisələrə hazırlıq məqsədilə müxtəlif ssenariləri nəzərdən keçirir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti