"Hizbullah"ın daha 2 komandiri öldürülüb - VİDEO

   "Hizbullah"ın daha 2 komandiri öldürülüb -    VİDEO
  04 Noyabr 2024    Oxunub:862
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Sultaniyyə kəndinə aviazərbəsi nəticəsində "Hizbullah" terror təşkilatının iki komandiri öldürülüb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, zərərsizləşdirilən terror başçılarından biri təşkilatın elit "Rizvan Qüvvələri"nin tank əleyhinə raket bölməsinin komandanı Riyad Rza Qəzzavidir.

Məlumata görə, digər şəxs isə "Hizbullah"ın qərargah komandiridir. Onun təşkilata silah təminatından cavabdeh olduğu vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Hizbullah   komandir  





Xəbər lenti