Tramp və Harris Diksvill Noçda hərəyə 3 səs topladı

   Tramp və Harris Diksvill Noçda  hərəyə 3 səs topladı
  05 Noyabr 2024    Oxunub:1005
Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən Diksvill Noç şəhərinin sakinləri ölkə üzrə ən tez səsverməyə başlayıblar. Buna səbəb 1960-cı ildən formalaşan ənənədir.
TASS-ın yaydığı məlumata görə, səsvermə başlayandan cəmi bir neçə dəqiqə sonra sona çatıb. Çünki orada cəmi altı seçici olub. Respublikaçı namizəd Donald Tramp və onun rəqibi Kamala Harris bərabər sayda – hərəyə üç səs toplayıb.

Dünya Trampı dəstəkləyir, yoxsa Harrisi? - "The Economist"dən araşdırma
"Diksvil- Notçda səsvermə yerli vaxtla saat 0:00-da başlayıb. Seçki məntəqəsi ənənəvi olaraq sözügedən şəhərdəki The Balsams Hotel-də qurulub",- nəşr yazıb.

Xatırladaq ki, 1960-cı ildə Riçard Nikson ilə Con Kennedi arasında olan mübarizə gərginləşən vaxtda "The Balsams Hotel" diqqəti cəlb etmək və bu sahədə biznesə marağı artırmaq üçün gecə yarısı səsvermə təşkil edib. Bu qərar uğurlu olub. Çünki məlum addım səsvermənin nəticələrinin vaxtından əvvəl əldə edilməsinə imkan verib. O vaxtdan bəri, Diksvill Noç ABŞ-də seçkilərin ilk nəticələrini göstərən bölgə kimi tanınır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Seçki  





Xəbər lenti