Mixail Mişustin COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək

   Mixail Mişustin COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
  07 Noyabr 2024    Oxunub:706
Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin heyətinə BMT-nin Bakıdakı İqlim Konfransında (COP29) Baş nazir Mixail Mişustin rəhbərlik edəcək.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

AzVision.az



Teqlər:





Xəbər lenti