Kofe içməzdən qabaq bilin ki...

   Kofe içməzdən qabaq bilin ki...
  11 Noyabr 2024    Oxunub:5048
İnsanın ömrünün uzunluğu xromosomların uclarındakı telomerlərin uzunluğundan asıldır. Telomerlər qısaldıqca hüceyrələr çoxalma qabiliyyətini itirir, beləliklə, insan qocalır və ölür. Telomerlərin qısalmasına təsir göstərən amillərdən biri isə kofedir.
Kofenin insan sağlamlığına ziyanı haqqında müzakirələr uzun müddətdir gedir. Corc Meyson Universitetinin alimlərinin Britaniyanın Biobankının köməyilə 468.924 insanın üzərində apardıqları kifayət qədər ciddi və əhatəli araşdırma göstərib ki, hər şey kofenin növündən asılıdır.

Yaxşı dəmlənmiş və süzülmüş kofenin telomerlərin uzunluğuna heç bir təsiri yoxdur. Amma qarışdırmaq üçün nəzərdə tutulmuş narın üyüdülmüş kofe telomerlərin qısalmasını 3 dəfəyə qədər sürətləndirə bilər.

Başqa sözlə, üyüdülmüş kofe həqiqətən ziyandır və sözün birbaşa mənasında insanın ömrünü qısaldır. Ondan imtina etmək məsləhətdir.

Samir Quliyev
AzVision.az



Teqlər: Qəhvə   Kofe  





Xəbər lenti