COP29 | Lukaşenko iqlim dəyişikliyi ilə mübarizədə tutduqları mövqeyə görə bəzi Qərb ölkələrini tənqid edib

   COP29 |  Lukaşenko iqlim dəyişikliyi ilə mübarizədə tutduqları mövqeyə görə bəzi Qərb ölkələrini tənqid edib
  11 Noyabr 2024    Oxunub:446
Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi Qərb ölkələrini iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə görə tənqid edib.
AzVision.az xəbər verir ki, bu barədə Lukaşenko Azərbaycanın “AnewZ” telekanalına müsahibəsində bildirib.

“Orta qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması məqsədinə çatmaq olarmı və ölkələr buna nail olmaq üçün kifayət qədər işlər görüblərmi?” sualını cavablandırarkən Lukaşenko deyib: “Əgər bu cür və bu həcmdə etsək, bu, əlçatmaz olacaq. Heç nə dəyişmir, əksinə, vəziyyət getdikcə pisləşir. İlk növbədə emissiyaları azaltmalı olan ölkələr, təəssüf ki, bunu etmirlər”.

O, bu mövzuda heç bir işıq görünmədiyini də vurğulayıb.

Lukaşenko bəzi Qərb ölkələrini Azərbaycanda keçirilən COP29-da iştirakla bağlı tutduqları mövqeyə görə də tənqid edib: “Onlar düşünürlər ki, hər şey yaxşı olacaq, iqlim dəyişməyəcək və Qərb ölkələri bundan yan keçəcəklər. Yəni elə düşünürlər ki, hər şey düzələcək. Düzəlməyəcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti