COP29 | Emoməli Rəhmonun Azərbaycana səfəri başladı

 COP29 |  Emoməli Rəhmonun Azərbaycana səfəri başladı
  11 Noyabr 2024    Oxunub:491
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti