Efiopiya Prezidenti: Danışıqlardan konkret fəaliyyətə keçmək vaxtıdır

    Efiopiya Prezidenti:    Danışıqlardan konkret fəaliyyətə keçmək vaxtıdır
  12 Noyabr 2024    Oxunub:640
Efiopiyada yalnız iqlim fəaliyyəti ilə bağlı deyil, o cümlədən bu məsələnin hüquqi bazada öz əksini tapması ilə əlaqəli mühüm müsbət dəyişikliklər nəzərə çarpır. İqlim dəyişikliyinin təsirlərinin öhdəsindən gəlmək üçün mühüm tədbirlər görürük.
Bu fikirləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie deyib.

“İnanırıq ki, iqlim dəyişikliyinin təsirlərini aradan qaldıra biləcəyik. Ötən üç ildə 40 milyard ağac əkmişik. Bu da Efiopiyanın meşə ərazilərinin azaldılması ilə əlaqəli probleminə müsbət təsir edib. Ağac əkilmiş sahələri 2030-cu ilə qədər daha da genişləndirməyi düşünürük. Bu, hökumətin yerinə yetirdiyi çox nəhəng təşəbbüsdür. Efiopiyanın digər təşəbbüsü isə bərpaolunan enerji üzrədir”, - deyə Efiopiya Prezidenti bildirib. O deyib ki, artıq danışıqlardan konkret fəaliyyətə keçmək vaxtıdır.

“COP-dan ən böyük gözləntimiz maliyyə dəstəyidir. Maliyyə vəsaitlərini toplamağın çox çətin olduğunu bilirik. Ancaq bu, ölkə liderlərinin qətiyyətindən asılıdır. Ümid edirik ki, Bakıda keçirilən COP29-da məqsədlərimizə nail olacağıq”, - deyə Efiopiya Prezidenti Taye Atske Selassie bildirib.


Teqlər:





Xəbər lenti