COP29 çərçivəsində "Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb

COP29 çərçivəsində "Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb
  13 Noyabr 2024    Oxunub:779
İqtisadiyyat Nazirliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatasının tərəfdaşlığı ilə Bakıda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb.
AzVision.az nazirliyə istinadən xəbər verir ki, stendlər noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirin Mavi və Yaşıl zonalarında təşkil olunub.

Stendlər olan məkanda İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların təşkilatçılığı ilə müxtəlif tədbir və görüşlər təşkil edilir, Azərbaycanın işgüzar mühiti, sərmayədarlara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.

AzVision.az



Teqlər:





Xəbər lenti