Etirazçılar Abxaziya prezidentinin iqamətgahına soxulublar - VİDEO

 Etirazçılar Abxaziya prezidentinin iqamətgahına soxulublar    - VİDEO
  15 Noyabr 2024    Oxunub:634
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarından etibarən Abxaziya parlamenti yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.
Rusiya mediasının yaydığı məlumata görə, Suxumda təşkil olunan aksiyanın iştirakçıları yük maşını ilə prezident Aslan Bjaniyanın oturduğu administrasiya binası ərazisinə soxulublar. Onlar binanın darvazasını dağıdıblar.
Abxaziya parlamenti önündə xaos yaşanır - VİDEO
Bundan əvvəl Abxaziya prezidentinin Suxumdakı hökumət binaları kompleksinin etirazçılar tərəfindən mühasirəyə alınması ilə bağlı yayılan xəbərlər fonunda administrasiya binasını tərk etdiyini bildirmişdi.

Xatırladaq ki, noyabrın 15-də Abxaziya parlamenti Rusiya hüquqi şəxsləri tərəfindən ölkə ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya ilə sazişin ratifikasiyası məsələsinə baxacaq. Müxalifət hesab edir ki, sənəd abxaz xalqının maraqlarına cavab vermir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Abxaziya   Etiraz  





Xəbər lenti