Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri istefa verib

   Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri istefa verib
  18 Noyabr 2024    Oxunub:709
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan ölkə rəhbərinə istefa ərizəsi ilə müraciət etdiyini bildirib.
Bu barədə yerli media məlumat yayıb. Badasyan mühüm vəzifədən getməsi ilə yanaşı Dövlət Gəlirləri Komitəsinin gələcək fəaliyyətindən də söz açıb. O, komitə əməkdaşlarının strukturun inkişafı ilə bağlı işləri davam etdirəcəyinə əminliyini ifadə edib.

Ermənistanın daxili işlər naziri də istefa verdi
Xatırladaq ki, noyabrın 17-də yerli KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri Vahe Qazaryan və İstintaq Komitəsinin rəisi Argişti Kərəmyanın istefası barədə məlumatlar yayıb. Bazar ertəsi səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getməsi rəsmən məlum olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti