Zelenski: “Müharibədə yalnız Putin günahkar deyil”

      Zelenski:    “Müharibədə yalnız Putin günahkar deyil”
  19 Noyabr 2024    Oxunub:1015
Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə məsuliyyət kollektiv şəkildə rusların üzərinə düşür.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ali Radadakı çıxışı zamanı belə deyib.

“Putin müharibəyə başlamaq əmrini verib, onun ətrafı müharibənin aparılmasını təşkil edir, lakin Rusiyanın təcavüzü bir çox rusların hərəkətlərinə və razılığına əsaslanır. Putin qətlə şərait yaradıb, ancaq Kremldə bir nəfər yox, raket və pilotsuz təyyarələr buraxan, əsirlərimizə işgəncə verən və ordunun döyüş maşını ilə təchiz edən ruslar Ukraynadakı mövqelərimizə hücum edirlər”, - Zelenski vurğulayıb.

O, bildirib ki, bu müharibəyə görə məsuliyyət kollektiv olmalıdır. Çünki onların hərəkətlərini yalnız dövlət repressiyasının və ya təbliğatının gücünə şamil etmək olmaz.

- Müharibə rus mədəniyyətinin bir hissəsidir. Buna görə də, Rusiyadan Putinin düşüncəsi və norması ilə razılaşmadığını iddia edən hər bir rusiyalı Ukrayna, Krım, Donbass, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putinə qarşı orderi, bu müharibə üçün Rusiyaya qarşı tribunal barədə birmənalı mövqe tutmalıdır. Rusiyanın bu 1000 gündə bütün törətdiklərini bir “Müharibəyə yox”cümləsi ilə ört-basdır etmək olmaz”, - Ukrayna prezidenti söyləyib.

Zelenskinin fikrincə, buna görə də ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan möcüzə gözləmək yox, hər gün işləmək lazımdır. O, bu kontekstdə Pokrovsk və Kupyansk şəhərlərinin ağır sınaqlar altında və çətin vəziyyətdə olduğunu, lakin Rusiyanın bu istiqamətdə ağır itkilər verdiyini xatırladıb.

“Məhz orada və digər istiqamətlərdə Rusiya bu müharibədə ən çox itki verdi. Biz hamımız başa düşməliyik ki, düşmən niyə belə bir qiymət ödəyir - Rusiya dövlətimizin, xalqımızın məhv olmasını, ayanıqlığımızı məhv etmək istəyir. Ukraynanın Kupyanskdan Pokrovska və daha sonra Zaporojyeyə qədər bu müharibədə dayanıqlılığı bu müharibənin ədalətli yekunlaşması üçün əsas ilkin şərtləri təmin edə bilər”, - Zelenski nikbinliyini gizlətməyib.

Onun sözlərinə görə, Avropanın taleyi, hamının azad yaşaması və heç bir dikataordan asılı olmaması ukraynalıların bu dözümlülüyündən asılıdır.

- Bu döyüş təkcə Pokrovsk, Kupyansk və ya bizim Ukraynanın hər hansı şəhəri, qəsəbəsi, kəndləri, təkcə bizim bəzi bölgələrimizlə bağlı deyil. Bu döyüş bütün Ukrayna, bütün Avropa, bütün dünya üçün nizam və ya xaos haqqındadır. Bütün dünya Trampdan möcüzə gözlədiyi halda, inşallah, siz də, mən də gözləməməliyik, sabitliyi əldən verməməliyik. Biz çalışmalıyıq. Biz bütün dövlətin davamlılığı üçün hər gün bütün xalqla çalışmalıyıq. Bu döyüşdə ayrı-ayrılıqda qalib gəlmək sadəcə mümkün deyil”, - Ukrayna prezidenti xalqa çağırış edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Putin   ruslar  





Xəbər lenti