Hokşteyn: "Münaqişəni başa çatdırmaq üçün real imkan var"

      Hokşteyn:    "Münaqişəni başa çatdırmaq üçün real imkan var"
  19 Noyabr 2024    Oxunub:716
ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteyn Livana növbəti səfəri çərçivəsində bu ölkənin parlament sədri Nəbih Bərri ilə görüşüb.
Görüşün ardınca birgə mətbuat konfransı baş tutub. İsrail və Livan "Hizbullah"ı arasında atəşkəs danışıqlarının əsas vasitəçisi sayılan Hokşteyn vurğulayıb ki, "bu səfəri danışıqlar üçün yekun mahiyyət daşıyır".

"Artıq atəşkəs üçün real imkan yaranıb. Tərəflər arasında maneələr əhəmiyyətli dərəcədə azalıb", - o bildirib.

Digər tərəfdən, "Hizbullah" lideri Nəim Qasımın bu gün atəşkəs danışıqlarının cari vəziyyəti ilə əlaqədar çıxışı gözlənilir.
Reuters: "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb"

Xatırladaq ki, Livanın parlament sədrinin köməkçisi Əli Həsən Xəlil Livan hökuməti və "Hizbullah" terror təşkilatının İsraillə atəşkəs üzrə Vaşinqtonun təklifinə müəyyən şərtlərlə razılıq verdiyini, yazılı cavab ABŞ-nin Livandakı səfirinə artıq çatdırıldığını söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   İsrail   Hizbullah   ABŞ   atəşkəs  





Xəbər lenti