“Sərhəd pozucularına qarşı odlu silah son zərurət vasitəsidir” - VİDEO

“Sərhəd pozucularına qarşı odlu silah son zərurət vasitəsidir” -    VİDEO
  22 Noyabr 2024    Oxunub:909
Sərhəd pozucularına qarşı odlu silah son zərurət vasitəsidir. Onlarla mübarizə hüquq-mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir.
AzVision.az xəbər verir ki, bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Babəkar Sərhəd Zastavasında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçusu, baş leytenant Qoşqar Behbudzadə deyib.

Onun sözlərinə görə, sərhəd pozucuları dövlət sərhədini pozmağa cəhd göstərdikdə, silahlı müqavimət göstərdikdə və digər hallarda sərhəd naryadı qanunla müəyyən olunmuş qaydalarla silah tətbiq edir.

“Sərhəd Qoşunları istənilən şəraitdə peşəkar heyəti, gecəgörmə cihazları, dronlar, termal kameralar, eləcə də son nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirir. Eyni zamanda, bizdə “KS 205” müşahidə sistemləri mövcuddur. Həmin sistemlər vasitəsilə çətin relyefdə sərhəd pozucuları vaxtında aşkar olunur. Dövlət sərhədinin toxunulmazlığı daim nəzarətimizdədir. Sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”.



AzVision.az



Teqlər: DSX  





Xəbər lenti