Kurskda pensioner kilometrlərlə ərazini minaya düşmədən keçib

Kurskda pensioner kilometrlərlə ərazini minaya düşmədən keçib
  22 Noyabr 2024    Oxunub:749
Rusiyada maraqlı hadisə baş verib.
Kursk vilayətinin Poqrebki kəndinin sakini, 64 yaşlı Zoya Belevtseva kilometrlərlə minalanmış sahəni uğurla keçə bilib. O, Ukrayna Silahlı Qüvvələrinin (VSU) hücumlarından qaçırmış. Bu barədə RT məlumat yayıb.

Ukrayna Kursk istiqamətində 30 mindən çox hərbçi itirib
"Zoya Ukrayna ordusunun Kursk vilayətini işğal etməsindən cəmi 3 ay sonra ərazidən çıxa bildiyini deyib. Ukrayna Silahlı Qüvvələrinin tankı Belevtsevanın bağına qədər gəlibmiş", - nəşr yazıb.

Yaşlı qadın özü isə bunları deyib: “Onların bizim torpaq sahəmizdə zenit silahları var idi. Ukrayna Silahlı Qüvvələri bunu qəsdən edib. Çünki onlar bilirdilər ki, bizim aviasiya Poqrebkidə qalan mülki şəxslərə görə bu silahları vurmayacaqdı”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kursk   Mina  





Xəbər lenti