Azərbaycan İsraillə sosial-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycan İsraillə sosial-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib
  22 Noyabr 2024    Oxunub:493
İqtisadiyyat naziri Mikayıl Cabbarov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Reqevlə görüşüblər.
AzVision.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, görüşdə sosial-iqtisadi, həmçinin, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və tranzit sektorunda birgə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları, innovasiyalar sahəsində tərəfdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrinə, işgüzar dairələr arasında əlaqələrin, humanitar və digər istiqamətlərdə əməkdaşlığın təşviqinə dair fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti