Ankara ilə Moskva arasında telefon diplomatiyası: Nə baş verir?

  Ankara ilə Moskva arasında telefon diplomatiyası:  Nə baş verir?
  25 Noyabr 2024    Oxunub:851
Ötən həftə Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.Telefon danışığından bir gün sonra bu iki ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin də telefonla danışıblar.
Maraqlıdır, iki ölkə arasında tez-tez baş verən telefon diplomatiyası nə ilə bağlıdır?

Mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ankara ilə Moskva arasında telefon diplomatiyası beynəlxalq münasibətlərdə artan gərginliklə bağlıdır:

Ərdoğan : Rusiyanın özünümüdafiə etmək imkanı olmalıdır
"Türkiyə NATO ölkəsidir. Buna görə də Ankara əmin olmaq istəyir ki, Kreml Ukraynaya raketlər ötürən Qərb ölkələrini hədələyərkən dostu düşməndən ayıracaq. Ankaranın Moskva ilə təmasları həm də xarici siyasətin şaxələndirilməsi ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğan Ağ Evin gələcək sahibi Donald Trampdan ABŞ qoşunlarını Suriyadan çəkməsini və PKK-ya bağlı güclərə dəstəkdən imtina etməsini istəyir.

Tramp birinci Prezidentliyi dövründə Ərdoğanın bu istəklərini yerinə yetirəcəyini vəd etmişdi, ancaq Ağ Ev sahibinin ətrafı buna imkan vermədi. Ərdoğan Trampın illər əvvəl verdiyi vədi bu dəfə yerinə yetirəcəyinə ümid etmək istəyir. Ancaq Trampın andiçmə mərasiminə PKK-nın Suriya qanadının rəhbərliyinin dəvət edilməsi barədə xəbərin yayılması Vaşinqtonun Ankaraya xoş olmayan mesajıdır. Belə olan halda Ankara alternativləri hərəkətə gətirməyə qərar verib. Bu alternativlərdən biri də Ankaranın Moskva ilə telefon diplomatiyasını genişləndirməsidir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Türkiyə   Rusiya  





Xəbər lenti