Ben-Qvir: "Hizbullah"la atəşkəs ciddi səhvdir"

      Ben-Qvir:    "Hizbullah"la atəşkəs ciddi səhvdir"
  25 Noyabr 2024    Oxunub:898
"Baş nazir Benyamin Netanyahu Livanda "Hizbullah"la ABŞ-nin təklifi əsasında atəşkəsə razılaşmamalıdır".
Bu sözləri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir özünün "X" hesabında yazıb. O vurğulayıb ki, "belə bir razılaşma iranyönümlü terror qruplaşmasının məhvi üçün tarixi fürsəti itirmək deməkdir".

"Bu çox ağır nəticə yaradar. Baş nazir Netanyahu komandirlərə qulaq asmalı, "Hizbullah"ın dalana sıxışdırıldığı bir vaxtda dayanmağa razılıq verməməlidir. Müqavilənin ləğvi üçün hələ gec deyil. Mütləq qələbəyə çatmalıyıq", - nazir bildirib.

Bu cür müxalif fikirləri ilə tez-tez gündəmə gələn İtamar Ben-Qvir diqqətə çatdırır ki, həm Qəzza zolağında, həm də Livanda hərbi əməliyyatların hətta müvəqqəti dayandırılması məqsədilə aparılan istənilən danışıqların qəti əleyhinədir.
Azulay: "Livanda atəşkəs yolverilməzdir"

Digər tərəfdən, İsrail-"Hizbullah" danışıqlarının əsas vasitəçisi, ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteyn ilə "Hizbullah"ın sözçüsü rolunu oynayan Livanın parlament sədri Nəbih Bərri ötən günlərdə Vaşinqtonun atəşkəs təklifi üzrə ortaq məxrəcə gəliblər. Məlumata görə, atəşkəsin yekun razılaşdırılması tezliklə baş tuta bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   atəşkəs  





Xəbər lenti