Erik Prins: “Ukraynanın öz ərazilərini geri qaytarmaq şansı yoxdur”

    Erik Prins:  “Ukraynanın öz ərazilərini geri qaytarmaq şansı yoxdur”
  25 Noyabr 2024    Oxunub:813
Ukrayna ölkənin şərqində Rusiyanın zəbt etdiyi əraziləri geri qaytara bilməyəcək.
AzVision.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş zabiti və Amerikanın ən böyük özəl hərbi şirkətlərindən (PMC) biri olan “Blackwater”in təsisçisi Erik Prins “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Ukraynanın itirdiyi şərq ərazilərini, xüsusən də Krımı geri qaytarmaq şansı yoxdur. Müharibə yaxın gələcəkdə başa çatmalıdır”, - Erik Prins vurğulayıb.

O, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın elə ilk gündən sözün əsl mənasında bununla məşul olacağını ümid etdiyini bildirib. HDQ-nin Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş zabiti, həmçinin Ağ Evin hazırkı rəhbəri Co Baydenin Amerika raketlərinin Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verməsini “son dərəcə məsuliyyətsizlik” kimi qiymətləndirib.

- Rusiyanın nüvə yükü daşımağı bacaran və raketdən müdafiə sistemlərinin qarşısını ala bilmədiyi ballistik raketin buraxılması şəklində cavabı Qərbə göstərdi ki, bu, indən sonra aparılması lazım olmayan bir oyundur”, - Erik Prins xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   ərazilər   qaytarmaq  





Xəbər lenti