Livan sakinləri evlərinə qayıdırlar - VİDEO

 Livan sakinləri evlərinə qayıdırlar -    VİDEO
  27 Noyabr 2024    Oxunub:862
Livan parlamentinin sədri, İsrail və "Hizbullah" arasında atəşkəs danışıqlarının vasitəçilərindən biri Nəbih Bərri oktyabrın əvvəlindən bəri ölkənin cənubunda evlərindən didərgin düşmüş vətəndaşları qayıtmağa çağırıb.
Yerli mətbuatın məlumatına əsasən, sədrin televiziyada müraciətinin ardınca livanlılar kütləvi surətdə öz yurd-yuvasına qayıtmağa başlayıblar. Təqribən 900 min məcburi köçkün hazırda Livanın mərkəzi ərazilərindən cənuba doğru irəliləyir.
Livan MN: "İsraillə sərhədə qoşun göndərilir"

"Bu müharibə Livanın milli birliyini göstərdi", - Bərri vurğulayıb.

Xatırladaq ki, dünən axşam saatlarında İsrail və Livan "Hizbullah"ı arasında razılaşdırılan atəşkəs yerli vaxtla səhər saat 04:00-da qüvvəyə minib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   İsrail   atəşkəs   məcburi-köçkünlər  





Xəbər lenti