“Zelenski torpaqları verməyə hazırdır” – “Bloomberg”

   “Zelenski torpaqları verməyə hazırdır” –    “Bloomberg”
  30 Noyabr 2024    Oxunub:1131
“Volodimir Zelenskinin Rusiya ilə atəşkəs barədə söylədikləri o deməkdir ki, Kiyev əraziləri itirmək hesabına da olsa, müharibəni dayandırmağa hazırdır”. Ukrayna liderinin bəyanatını təhlil edən “Bloomberg” agentliyi bu qənatə gəlib.
Agentliyin ekspertlərinin fikrincə, Rusiya-Ukrayna müharibəsi “qırılma nöqtəsinə” yaxınlaşır. Onlar Baydenin Ukraynaya hərbi yardımı artırdığını, Trampın isə Ağ Evə gələn kimi dəstəyi dayandıracağını xatırladaraq, bildiriblər ki, qarşıdakı bir ayda Ukraynanın taleyi həll olunacaq.

Yada salaq ki, Ukrayna prezidenti Volodimir Zelenski “Sky” televiziyasına müsahibəsində NATO-ya üzvlüyün əvəzində torpaqları geri istəmədən atəşi dayandırmağa hazır olduğunu bildirib: “Əgər biz müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, hazırda nəzarətimizdə olan ərazilər NATO-nun çətirinin altına daxil edilməlidir”.
Onun fikrincə, bunu ən qısa vaxtda etmək lazımdır, torpaqları isə gələcəkdə diplomatik yolla da qaytarmaq olar.

Qeyd edək ki, Moskva Ukraynanın NATO-ya daxil olmasına qəti şəkildə etiraz edir. Onun müharibəni dayandırmasının şərtlərindən biri də məhz budur ki, Ukrayna Alyansa üzv qəbul edilməsin.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti