Ruslar Donbasda bir aya Londonun yarısı boyda ərazini tutublar - "Financial Times"

Ruslar Donbasda bir aya Londonun yarısı boyda ərazini tutublar   - "Financial Times"
  04 Dekabr 2024    Oxunub:391
Rusiya ordusu Donbasda irəliləyir və ruslar getdikcə daha çox əraziləri ələ keçirirlər. Bununıa belə, cəbhədə işğalçılar üçün daha bir "dəyərli mükafat" var. Bu, Xersondur.
Bu fikirlər “Financial Times”da dərc olunan məqalədəndir. Nəşr yazıb ki, Ukrayna hakim dairələri Rusiyanın bu istiqamətdə genişmiqyaslı hücuma hazırlaşdığını düşünürlər.

Ruslar Ukraynanın Prezident Briqadasının hərbçilərini əsir götürüblər
"DeepState-nin və Financial Times-in hesablamalarına görə, Rusiya son bir ayda Ykraynanın Donetsk əyalətinin şərqində təxminən Londonun yarısı böyüklüyündə ərazini ələ keçirib. Kreml Ukraynanın strateji əhəmiyyətli Pokrovsk, Kuraxovo və Velika Novosilka şəhərlərini də təhdid edirlər. Bundan abxşaq Ukraynanın şərqindəki hərbi əməliyyatların "nüvəsi" sayılan Dnepropetrovsk vilayətin yaxın mövqeləniblər”, - nəşr yazıb.

Müəllif qeyd edib ki, bununla belə, Xersonun zəbti Rusiya üçün daha dəyərli "mükafat" sayılardı. "Financial Times" xatırladıb ki, şəhər 2022-ci ilin fevralında genişmiqyaslı işğal başlayandan sonra rus qoşunları tərəfindən ələ keçirilmişdi və doqquz ay işğal altında qalan Xerson Ukraynanın ilk regional paytaxtı olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   İşğal  





Xəbər lenti