Sumqayıtda bina yanıb - VİDEO
![Sumqayıtda bina yanıb - VİDEO
Sumqayıtda bina yanıb - VİDEO](https://azvision.az/photos/2024/12/6545-1733561611.jpg)
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın 2-ci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla ümumilikdə 5 nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.
Mənzillər yanğından mühafizə olunub.
AzVision.az