Lukaşenko və Paşinyan sammitdə açıq şəkildə mübahisə etdi

Lukaşenko və Paşinyan sammitdə açıq şəkildə mübahisə etdi
  26 Dekabr 2024    Oxunub:371
Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Aİİ (Avrasiya İqtisadi İttifaqı) sammiti zamanı mübahisə edib.
AzVision.az xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Aİİ-nin növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.

“Sizin probleminiz var? Minsk uzaqdır? Sizi gətirəcək heç kim yoxdur? Lazım gələrsə, nümayəndə heyətiniz üçün nəqliyyat təşkil edərik”, - Lukaşenko deyib.

Paşinyan cavab verib ki, o, artıq bu məsələ ilə bağlı açıqlama verib və bu bəyanat qüvvədə qalır:

“Mən düşünmürəm ki, bu, bu məsələləri müzakirə etmək üçün düzgün format deyil və mən dərhal cavab verməliyəm ki, anlaşılmazlıq olmasın”.

“Müraciətinizə baxacağıq”, - Lukaşenko cavab verib.

“Baxmaq üçün nə var ki. Mənim açıqlamam baxılmağa ehtiyac duymur”, - Paşinyan deyib.

“Biz bunu nəzərdən keçirəcəyik, ola bilsin ki, distant qoşulmaq üçün televizor olmasın”, - Lukaşenko cavab verib.

“Problem yoxdur”, - Paşinyan müzakirəni yekunlaşdırıb.

Ermənistanın Baş naziri koronavirusa yoluxduğu üçün Aİİ- nin hazırkı sammitində videobağlantı vasitəsilə qoşulub. Lukaşenko tədbirdə şəxsən iştirak edib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakı ilə İrəvan arasında Qarabağa görə münaqişə ilə bağlı bəyanatından sonra Belarusla Ermənistan arasında münasibətlər pisləşib. Belə ki, Lukaşenko Qarabağdakı müharibəni “azadlıq müharibəsi” adlandırıb.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Lukaşenkonun rəhbərlik etdiyi Belarusa səfər etməyəcəyini bildirib. Belarus Xarici İşlər Nazirliyi vurğulayıb ki, o, Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil və xarici oyunçular İrəvanı Minsklə əlaqələri kəsməyə sövq edir.

AzVision.az



Teqlər:





Xəbər lenti