Bakıya gətirilmiş yaralıların son vəziyyəti açıqlanıb
Həkim deyib ki, dünən klinikaya 7 radələrində 14 xəstə daxil olub:
“Xəstələr gələndə neyrocərrahi, travmatoloji briqada hazır gözləyirdi. “Yeni Klinika”da müalicə alan xəstələrdən bir nəfərin vəziyyəti hazırda ağır, digər bir nəfərin vəziyyəti isə orta ağırdır. Xəstələrdə bədənin müxtəlif küt travmaları, sümük sınıqları, bir xəstəyə baldır sümüyünün açıq-qəlpəli sınığı diaqnozu qoyulub. Sabah bir nəfər xəstə osteosintez əməliyyatına alınacaq".
Xatırladaq ki, dekabrın 26-da “Yeni Klinika”ya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.
Teqlər: