Gürcüstan müxalifətinin şansı yoxdur

Gürcüstan müxalifətinin    şansı yoxdur
  27 Dekabr 2024    Oxunub:397
Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifətin artıq küçələrdə iğtişaşlar törətmək şansı qalmadığını iddia edib.
AzVision.az xəbər verir ki, Gürcüstanın baş nazirinin sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən zorakılıq aksiyalarında iştirak edən 500-ə yaxın şəxsin zərərsizləşdirilməsi müxalifəti münaqişə törətmək imkanından məhrum edib.

“Zorakılıq etmək üçün resurs olmayanda və insanlar mitinqlərə çıxmayanda, onların vəziyyəti gərginləşdirmək şansı yoxdur”, - İrakl Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

Baş nazir həmçinin müxalifətin gələn ilin fevral ayında parlamenti boykot cəhdlərini dayandıra biləcəyini ehtimal edib. Kobaxidzenin fikrincə, bu, siyasi vəziyyətin normallaşmasına kömək edəcək. Əks halda, müxalifət qüvvələri üçün bu, tam məğlubiyyətin etirafı olardı.

Gürcüstanda etirazlar davam edir | VIDEO
Xatırladaq ki, Gürcüstan müxalifəti və səlahiyyət müddəti cəmi 2 gün sonra başa çatan ölkə prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıblar. Xarici qüvvələrin ssenarisi, əksər hallarda isə birbaşa iştirakı ilə noyabrın 9-dan ölkədə keçirilən etiraz aksiyalarının “hərarəti” son günlər xeyli aşağı düşüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Gürcüstan   müxalifət   şans  





Xəbər lenti