Arestoviç: "Zelenskinin ofisində hamı rus dilində danışır"

    Arestoviç:    "Zelenskinin ofisində hamı rus dilində danışır"
  07 Yanvar 2025    Oxunub:504
Ukrayna prezidentinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç maraqlı açıqlamalar verib.
O, Vladimir Zelenskinin amerikalı bloger Leks Fridmana rus dilində müsahibə verməkdən imtina etməsinə münasibət bildirib. Arestoviç iddia edib ki, Ukrayna prezidentinin ofisi hər kəsin rus dilində danışdığı bir məkandır.

Arestoviç: “Azərbaycan Ordusunun keçirdiyi parlaq döyüşlərə heyranam” - VİDEO
“Bütün danışıqlar rus dilində aparılır. Pərdəarxası gedən söhbətlər də bu dildə baş tutur. Prezidentin ofisi rusca danışılan bir yerdir. İstisnasız olaraq hamı, o cümlədən Zelenski də bu dildə söhbət edir. Bu həmişə həmişə belə olur...”, – Arestoviç deyib.

Onun sözlərinə görə, prezident ofisində işlədiyi 2,5 illik dövrdə elə bir görüş olmayıb ki, orada danışıqlar rus dilində aparılmasın. Hazırda da eyni vəziyyət davam edir.

Qeyd edək ki, Zelenskinin üç saat davam edən müsahibəsi yanvarın 5-də dərc olunub. Müsahibə zamanı Ukrayna prezidenti Ukrayna dilində danışıb. Maraqlıdır ki, rus dilini mükəmməl bilən Fridman söhbətin məhz bu dildə aparılmasını istəyib.

Ukrayna müharibəsi başlayandan sonra bu ölkədə rus dili, mədəniyyəti ilə bağlı qadağalar tətbiq edilir. Hətta keçmiş SSRİ-yə aid bir çox abidə və heykəllər, rus şair, yazıçıların büstləri götürülür.
İki il əvvəl Puşkinin heykəlinin sökülməsi isə sosial mediada narazılıqla qarşılanmışdı.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rus-Dili  





Xəbər lenti