"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat

   "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır"    - Erməni deputat
  31 Yanvar 2025    Oxunub:321
Ermənistanın hakim partiyası "Vətəndaş müqaviləsi"nin deputatı, baş nazirin keçmiş aparat rəhbəri Arsen Torosyan diqqət çəkən açıqlamalar verib.
"News.am"ın yaydığı məlumata görə, o, İctimai Televiziyanın efirində çıxışı zamanı qondarma erməni soyqırımı məsələsinin şişirdilməməsini məsləhət görüb. Torosyan qeyd edib ki, "soyqırımı"nın beynəlxalq səviyyədə tanınması və pislənməsi Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır.

İrəvan "soyqırımın" beynəlxalq səviyyədə tanınmasını prioritet saymır
"Erməni soyqırımı"nın bütün dünyada tanınması hər bir ölkənin qarşısına qoyduğu vəzifə olmalıdır. Soyqırımının pislənməsinə çalışmaq müxtəlif dövlətlərin vəzifəsidir. "Erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır. Bir gün Türkiyənin məlum "soyqırımı"nı tanıyacağı və ya təzminatlara razı olacağı kimi boş ümidlər, real olmayan xəyallarla nə vaxta qədər yaşaya bilərik axı?",- Torosyan qeyd edib.

Paşinyan keçmiş aparat rəhbəri insanların Ermənistanda məhz bu məqsədlər üçün yaşamasını qəbuledilməz sayıb: "Mən bununla razı deyiləm... Ermənistan Respublikası öz vətəndaşlarının rifahını, firavanlığını, təhlükəsizliyini və digər atributlarını təmin etmək üçün mövcuddur. Bu yolda başqa heç nə yoxdur. Əgər biz Ermənistanın qarşısına başqa məqsədlər qoysaq, o zaman qeyd etdiyim o mühüm keyfiyyətləri şübhə altına alacağıq".

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bir neçə ay öncə oxşar açıqlamalar vermişdi. O, parlamentdə çıxışı zamanı qondarma erməni soyqırımından söz açıb. XİN rəhbəri "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasının Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil olmadığını söyləyib: "Bu, bizim üçün prioritet məsələ deyil".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Soyqırımı  





Xəbər lenti