Qızıla tələbat rekord həddə çatıb
![Qızıla tələbat rekord həddə çatıb Qızıla tələbat rekord həddə çatıb](https://azvision.az/photos/2025/02/ZOLO-1738761408.jpg)
“2024-cü ildə qızıl qiymətləri dəfələrlə rekord vurub. Rekord yüksək qızıl qiymətləri və alış həcmlərinin vəhdəti il ərzində tələbin ümumi dəyərini rekord 382 milyard dollara çatdırıb. Ötən ildə mərkəzi bankların ümumi alışları 1045 tona qədər artıb ki, bunun da 333 tonu dördüncü rübün payına düşüb”, - WGC-nin açıqlamasında deyilir.
Ötən il mərkəzi banklar arasında ən böyük alıcı qızıl ehtiyatlarını 90 ton artıran Polşanın Mərkəzi Bankı olub. Türkiyə Mərkəzi Bankı qızıl ehtiyatlarını 75 ton artıraraq, mərkəzi banklar arasında ikinci ən böyük xalis qızıl alıcısı olub. WGC hesabatında üçüncü yerdə qərarlaşan Hindistan Ehtiyat Bankının (2023-cü illə müqayisədə 16 tona qarşı 73 ton), dekabr ayı istisna olmaqla, ardıcıl şəkildə hər ay qızıl aldığı bildirilir.
Sahil İsgəndərov
AzVision.az