İsrail 65 terrorçunu zərərsizləşdirib

İsrail 65 terrorçunu zərərsizləşdirib
  16 Fevral 2025    Oxunub:1193
İsrail Ordusu İordan çayının qərb sahilində yanvarın sonunda başlayan antiterror əməliyyatı nəticəsində 65 terrorçunun məhv edildiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri tərəfindən onların istifadə etdikləri silah və hərbi texnika da müsadirə edilib. Ordunun mətbuat xidməti bildirib ki, qüvvələr terror fəaliyyətinin qarşısını almaq və mülki sakinlərin təhlükəsizliyini təmin etmək üçün yorulmadan işləməyə davam edəcək.

Hərbçilər həmçinin bildiriblər ki, əsir mübadiləsinin növbəti mərhələsinə hazırlaşır. Qoşunlar yüksək hazırlıq vəziyyətindədirlər, müdafiələrini gücləndirirlər.


Teqlər: İsrail  





Xəbər lenti