Orban: “Daha gey-paradlar olmayacaq”

      Orban:    “Daha gey-paradlar olmayacaq”
  28 Fevral 2025    Oxunub:328
Budapeştdə LGBT paradları daha keçirilməyəcək, çünki onlara rəhbərlik edən Amerika səfiri ölkəni tərk edib.
AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsində belə deyib. Söhbət yanvar ayında Macarıstanı tərk etmiş açıq-aşkar homoseksual olan amerikalı diplomat Devid Pressmandan gedir. ABŞ hələlik Macarıstana yeni səfir təyin etməyib.

“Əvvəllər Budapeştdə belə paradın önündə olan Amerika səfiri artıq gedib, ona görə də tədbir artıq beynəlxalq mühafizə altında deyil və baş tutmayacaq”, - Macarıstanın baş naziri deyib.

Orban Ukraynanın Aİ-yə üzvlüyünün əleyhinədir
Bundan əvvəl Viktor Orban dəfələrlə bəyan etmişdi ki, ölkəsi qeyri-qanuni miqrasiya və uşaqlar arasında LGBT təbliğatı məsələlərində Avropa Komissiyasına (AK) təslim olmaq niyyətində deyil.

Pressman isə səfir kimi Macarıstan rəsmilərinin hər dəfə onunla LGBT mövzularında söhbətə başlamağa çalışmasından və Rusiya prezidenti Vladimir Putinin siyasətini müzakirə etməkdən yayınmasından şikayətlənib.

Qeyd edək ki, Macarıstanın baş naziri bu müsahibədə Ukraynanın hazırda Aİ-yə qəbul edilməsinin əleyhinə olduğunu da vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Orban   gey-parad   səfir  





Xəbər lenti