Zelenski: "Trampın rəhbərliyi altında işləməyə hazırıq"

      Zelenski:    "Trampın rəhbərliyi altında işləməyə hazırıq"
  04 Mart 2025    Oxunub:479
Zelenski: "Ukrayna ABŞ-la “istənilən vaxt, istənilən formatda” saziş imzalamağa hazırdır".
"Komandam və mən davamlı sülh əldə etmək üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq".

AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, ilk növbədə əsirlərin mübadiləsi, eləcə də “havada və dənizdə” barışıq üçün addım atılmalıdır.

“Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülh üçün danışıqlar masasına oturmağa hazırdır... Cümə günü Vaşinqtonda, Ağ Evdə görüşümüz nəzərdə tutulduğu kimi getmədi. Təəssüflər olsun ki, belə oldu. Hər şeyi düzəltməyin vaxtıdır".

Faydalı qazıntılar üzrə sazişə gəlincə, Zelenski bildirib ki, "Ukrayna ABŞ-la “istənilən vaxt, istənilən formatda” saziş imzalamağa hazırdır".

“Biz bu sazişə təhlükəsizliyin möhkəmləndirilməsi üçün atılan addım və təhlükəsizliyə etibarlı qarantiya kimi baxırıq. Fayda verəcəyinə ürəkdən ümid edirəm”,-Ukrayna prezidenti bildirib.
Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti