ASAN prezidentin fərmanının icrasına başladı - FOTOLAR

ASAN prezidentin fərmanının icrasına başladı - FOTOLAR
  23 Sentyabr 2014    Oxunub:2068
“ASAN xidmət” Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Fərmanın icrasına başlayıb.

Bu barədə AzVision.az-a ASAN Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, fərmanla bağlı ilk fəaliyyətləri Hacıqabul rayonundan başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 10-da “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, 2014-cü il sentyabrın 20-dən etibarən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün fərmanda göstərilən xidmətlərin dövlət və ya bələdiyyə orqanları tərəfindən mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini təşkil etsin.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti