Erməni-türk münasibətləri düzələn deyil!

Erməni-türk münasibətləri düzələn deyil!
  10 May 2013    Oxunub:1009
Münasibətlərinin normallaşması üçün heç bir stimul yoxdur.
Nüfuzlu “Al-Monitor” jurnalı Türkiyə -Ermənistan münasibətlərindən yazıb. AzVision.az həmin məqaləni müəyyən ixtisarla təqdim edir. Müəllif Çingiz Çandra yazır:

“2013-cü ilin birinci rübü ilə müqayisədə, əvvəllər Türkiyənin kürd məsələsini çözəcəyinə ümid yox idi. Ancaq bir məqama diqqət yetirin, PKK ilə Türkiyə arasındakı sülh prosesi enişli yoxuşlu olmasına baxmayaraq davamlı olarsa, kürd –türk məsələsi kimi erməni-türk məsələsi də həllini tapa bilər.

Əlbəttə ki, prinsipial fərqlər var. Kürd məsələsi birbaşa olaraq Türkiyədə türk vətəndaşı kimi yaşayan 15 milyon ,eləcə də 30 milyon qeyri-vətəndaş kürdlərə aiddir.

Erməni məsələsi isə mövcudluğu şübhə altında olan, yalnız erməni iddialarına əsaslanan bir cəmiyyət, guya “artıq unudulmuş bir dövrdə yaşayanlarla” bağlıdır.

Ermənilərə görə “qədim Ermənistan”ın böyük bir hissəsi (“Qərbi Ermənistan” adlandırılan) bugünkü Türkiyənin kifayət qədər geniş miqyaslı ərazisini əhatə edir.

“Elə bilməyin ermənilər torpaq iddiasındadırlar və ya türklərdən həmin ərazilərin adının yenidən Qərbi Ermənistan adlandırılmasını tələb edirlər... (əslində əsas məqsədlərindən biri budur-red.)

Ermənilərin iddiaları daha böyükdür. Onlar Türkiyədən qondarma erməni soyqırımını tanımağı və buna görə erməni xalqından üzr istəməyi tələb edirlər.”

Məqalənin müəllifi iki ölkənin xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyanın Sürihdə 2009-cu il oktyabrın11-də imzaladıqları türk-erməni protokollarını xatırladır. Qeyd edək ki, imzalanma mərasimdə ABŞ-ın dövlət katibi Hillari Klinton, və Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Avropa İttofaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə təmsilçisi Havyer Solana da iştirak edirdi.

Çandra yazır ki, sözügedən “protokollar iki ölkə arasındakı münasibətlərə istilik gətirsə də, çox keçmədən Türkiyə, əlaqələrin normallaşdırılması üçün Ermənistanın qarşısında şərt qoydu.

Baş nazir Rəcəb Tayyip Ərdoğan Azərbaycan parlamentindəki çıxışında qeyd etdi ki, Qarabağ məsələsinin həlli istiqamətində irəliləyişlər olmadığı təqdirdə türk-erməni münasibətlərindən söz ola bilməz...”

Al-Monitor yazır : “Türkiyədə 2013-cü ildə prezident və bələdiyyə seçkiləri, 2014-cü ildə isə parlament seçkiləri keçiriləcək. Ermənilər hesab edir ki, ağlı başında olan heç bir türk siyasətçisindən Ermənistana qarşı müsbət bir addım gözləmək olmaz. Heç kim Türkiyədəki böyük Azərbaycan lobbisini və türk millətçilərini məyus etməyəcək, onların səslərini itirmək istəməyəcək.
Bütün bu fərziyyələrin fonunda təbii ki, bir sıra başqa məsələlərin də həll yolları araşdırılır. Lakin Ermənistanla münasibətlərin yaxşılaşdırılması məsələsi heç də bu araşdırmaların gündəmində deyil. Bu istiqamətdə konkret addımlar görünmür. Heç buna tələsən də yoxdur.

Nəzərə alsaq ki, 2015-ci ildə qondarma erməni genosidinin “100 ili” tamam olur, deyə bilərik ki, ermənilər məhz 2015-ci ildə beynəlxalq arenada Türkiyə üçün potensial qıcıq mənbəyi olacaqlar. O zaman Türkiyənin daxilində gərgin proseslər baş qaldıracaq, 24 apreldə(“soyqırımın anım günündə-red.)erməni diasporu aranı qarışdıracaq və artıq nə “genosid”, nə də Dağlıq Qarabağ məsələsi bir şərt kimi münasibətlərin yaxşılaşmasında heç bir rol oynamayacaq. Artıq iki ölkə arasındakı münasibətlərin qaydasına düşməsi üçün heç bir stimul qalmayacaq.

Elə bu gün də Türkiyə-Ermənistan münasibətləri düzələcək kimi görünmür. Ortada tutarlı bir səbəb bir stimul olmayınca heç düzəlməyəcək də!”

Səbinə Həsənova
AzVİsion.az



Teqlər:





Xəbər lenti