Qasırğa 80 evi dağıdıb

Qasırğa 80 evi dağıdıb
  31 Avqust 2015    Oxunub:2036
Güclü küləklərin tüğyan etdiyi Yaponiyada dünən yenidən qasırğa olub.
AzVision.az-ın məlumatına görə, Sikoku adasında Koti əyalətinin Muroto şəhərində əsən külək 80-ə yaxın evə zərər verib; evlərin tavanını dağıdıb, şüşələrini sındırıb. Kyodo xəbər agentliyinin yaydığı məlumata görə, insan tələfatı haqqında heç bir məlumat yoxdur.

Şəhər sakinlərindən biri isə tüğyan edən qasırğanı videoya çəkib və youtube video portalında paylaşıb.

Ümumiyyətlə, gündoğan ölkədə bu cür təbii fəlakətlər tez-tez olur. Keçən ay "Nanka" tayfunu nəticəsində iki nəfər öz evini güclü küləkdən qoruyarkən ölmüşdü. Bundan başqa 35 nəfər də müxtəlif xəsarətlər almışdı. Elə həmin vaxtlarda Sikoku adasında 360 mindən çox insana daşqın və sürüşmə təhlükəsilə əlaqədar yaşayış yerlərini tərk etmək məsləhət görülmüşdü.

Bu ayın əvvəlində isə Kaqava əyalətində qasırğa baş vermişdi. Güclü külək ağacları aşırmış, reklam dirəyini yerindən qoparmışdı. Nəticədə bir adamın ayağı zədələnmişdi.



ans press


Teqlər:  





Xəbər lenti