Britaniyanın `ifşaedici` jurnalisti həbs oluna bilər

Britaniyanın `ifşaedici` jurnalisti həbs oluna bilər
  18 Oktyabr 2015    Oxunub:1373
Britaniyalı fotoqraf-jurnalist Stiv Bak küçədə olarkən bir neçə dəfə yaxınlığından keçən dövlət məmurlarının əlindəki gizli sənədlərin şəkilini çəkməyə müvəffəq olub. Buna görə jurnalist həbs edilə bilər.

2008-ci ildən bu yana Stiv Bak Londonda keçirilən terror əməliyyatının detallarını, keçmiş sosial nazir Bob Kuikin gördüyü işlərin qaranlıq tərəflərini, o cümlədən Leyboristlər partiyasının üzvü Karolin Flint və Lord Piter Mendelsona aid bir çox sirri, yalanı aşkara çıxarıb.

Jurnalistin bu cür işləmə metodu spekulyativ təsir bağışlasa da, onu dəstəkləyənlərin fikrincə, effektiv nəticə verməkdədir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti