Almaniyalı nazir jurnalisti təhqir edib
Aparıcı bir neçə dəfə iqtisadiyyat nazirinin dilindən kansler Angela Merkelin miqrant siyasətinə dair söz çəkməyə çalışsa da, nazir mövzudan yayınıb. Elə bundan sonra da Zigmar Qabriyel aparıcıya qarşı sərt reaksiya göstərib.
Aparıçı “Sosial Demokratlar” partiyasının üzvü olan Zigmar Qabriyeldən “Xristian Demokratlar Birliyi” və “Xristian Sosialistlər Birliyi” partiyaları arasında gedən mühacir çəkişməsi məsələsinə dair fikir öyrənməyə çalışıb. İqtisadiyyat naziri isə bu qarşıdurmanın onun partiyasına aid olmadığını, o cümlədən özünü Angela Merkelin vəzifəsinində təsəvvür etmədiyini bildirib. Sonda deyib ki, “Mən fikirlərimi kifayət qədər aydın, səlist və açıq bildirdim. Bir daha belə sual verməyə gərək yoxdur”.
Fərrux Həsənov
AzVision.az
Teqlər: