Londonun AB itkisi: Günə 350 milyon funt

Londonun AB itkisi: Günə 350 milyon funt
  18 Oktyabr 2015    Oxunub:2242
Britaniyanın Avropa Birliyindən çıxması ilə əlaqədar baş nazir Devid Kameron tərəfindən irəli sürülən şərtlərdə müəyyən dəyişikliklər müşahidə olunur.

AzVision.az Britaniyanın “Sunday Times“ qəzetinə istinadən bildirir ki, baş nazir bu dəfə AB-dən çıxmaqla bağlı daha az şərt qoymağı planlaşdırır. Baş nazirin fikirincə, AB-dən ayrılmaq Britaniyanın işini xeyli yüngülləşdirəcək.

Avropa Birliyindən çıxma tərəfdarları bildirirlər ki, əgər Britaniya qurumu tərk etsə, hökumət hər gün 350 miliyon funt-sterlinqə qənaət etmiş olacaq. O da deyilir ki, 1996-ci ildən bu yana rəsmi London AB tərkibində hər il 2,4 milyarda dəyərində xərcləri qarşılayır.

“Anti-immiqrasiya Ukip” partiyasının rəhbəri Nigel Farag bəyan edib ki, “Biz ölkəmizin birlikdən çıxmasını, bizə geri qaytarılmasını istəyirik”.

Birliyin lider ölkələri Almaniya və Fransa İngiltərənin dəqiq nə istədiyini ayırd edə bilmirlər. Fransa prezidenti Fransua Olland konkret olaraq Devid Kamerondan yazılı şəkildə şərtləri istəyib. Almaniya tərəfi də Britaniyadan dolğun şəkildə hansı şərtləri tələb etdiklərinə dair siyahı gözləyir.

Xatırladaq ki, əhali arasında keçirilən sorğuya görə, britaniyalıların 54%-i Avropa Birliyində qalmağı, 48% isə tərk etməyi istədiklərini bildirib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti