Merkel Türkiyədə yolda qaldı
Merkel Davudoğlu ilə görüşdən öncə ona “Atatürk burada dünyasını dəyişib?”,- deyə sual edib.
Ayaqüstü söhbətdən sonra rəsmilərin qapalı görüşü keçirilib. Görüş 1 saatdan çox çəkib.
Rəsmi danışıqlardan sonra Merkel Davudoğlu ilə birlikdə sarayın bağçasında gəzib. Baş nazir alman qonağa İstanbulun tarixi ilə bağlı maraqlı məlumatlar verib.Daha sonra onlar birlikdə nahat ediblər.
Türkiyə mətbuatının yazdığı xəbərə görə, Merkel hava limanından Davudoğlu ilə görüşə gələrkən yolda tıxaca düşüb. Yolda baş verən qəzaya görə Merkel bir müddət tıxacda gözləməli olub.
***
Səfər çərçivəsində Almaniya kansleri Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə keçirdiyi görüşlərdə regional proseslər, miqrant problemi, terrorizmə qarşı mübarizə, Türkiyə-Almaniya münasibətlərinin inkişafı və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Baş nazir Əhməd Davudoğlu və Almaniya kansleri Angela Merkel görüşlərin yekunlarına dair mətbuat konfransı keçiriblər.
AzVision.az