İŞİD-çilərə ağır zərbə: 40 ölü
Aviazərbələr ötən axşam Hama vilayətində olan İŞİD-ə məxsus 16 avtomobil kortejinə endirilib. Hadisə nəticəsində bütün maşınlar məhv edilib.
Təşkilatın rəhbəri Rami Abdel Rəhmanın sözlərinə görə, aviazərbələrin Rusiya və ya Suriyaya məxsus təyyarələrin tərəfindən həyata keçirilməsinə dair dəqiq informasiya yoxdur: “ Lakin bu təyyarələr Vaşinqtonun rəhbərlik etdiyi koalisiyaya məxsus olmayıb”.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: