Türklərin Aİ-yə üzvlüyünə mane olacağıq – Kiprli nazir

Türklərin Aİ-yə üzvlüyünə mane olacağıq – Kiprli nazir
  19 Oktyabr 2015    Oxunub:2268
Kipr Respublikası Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların davam etdirilməsinə razı olmayacaq.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kipr xarici siyasət idarəsinin rəhbəri İonnis Kasludis bildirib.

“Danışıqların dondurulması səbəbləri aradan qaldırılmayıb. Bu vəziyyətdə biz danışıqların davam etdirilməsinə razı ola bilmərik”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, İstanbulda səfərdə olan Almaniya kansleri Angela Merkel Türkiyədə səfərdə olan zamanı bu ölkənin Avropa İttifaqına üzlüyü məsələsinin sürətləndirə biləcəyini açıqlamamışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti