Britaniya Merkelə istehza edir

Britaniya Merkelə istehza edir
  19 Oktyabr 2015    Oxunub:1528
Britaniya Almaniyanın daxilində miqrant qəbulu ilə bağlı yaranmış fikir ayrılıqlarından dolayı Berlini siyasi maskarada son qoymağa çağırır.

AzVision.az “Frankfurter Allgemeine Zeitung”-a istinadən məlumat veiri ki, Britaniyanın siyasi elitası kansler Angela Merkelə çıxış üçün başqa yollar axtarmağı məsləhət bilir. Təəccüblü deyil ki, Britaniyanın yürütdüyü miqrasiya siyasəti də Almaniyada dəfələrlə tənqid atəşinə tutulub.

Rəsmi Londonun Avropa Birliyindən çıxmaq istəyi də bir neçə dəfə Berlin tərəfindən də tənqid olunub. Britaniyaya görə, Almaniyanın mühacir siyasəti sanki, “heç bir sərhəd yoxdur” təəsüratı bağışlayır.

“Hər kəsin qəbul edilməsi miqrasiya böhranından çıxış yolu deyil”,– deyə Britaniya rəsmiləri bildiriblər.

Devid Kameronun rəhbərlik etdiyi mühafizəkarlara görə, ümumiyyətlə, İngiltəyə miqrant kütləsi buraxılmamalıdır.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti