“McDonald’s” son günlərini yaşayır?

“McDonald’s” son günlərini yaşayır?
  19 Oktyabr 2015    Oxunub:5394
“McDonald’s” “fast-food” restoranlar şəbəkəsi hazırda “dərin depressiya” vəziyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Independent” restoran şəbəkələrinin sahiblərinə istinadən xəbər verir.

İqtisadi geriləməni aşağı salmaq məqsədilə “fast-food” şəbəkəsi müştərilərə bütün gün ərzində səhər yeməyi yemək, həmçinin menyuya yeni əlavələr etmək imkanı yaradıb.

Analitik Mark Kalinovskinin sözlərinə görə, yeni təşəbbüslər restoran sahibləri üçün əsl “baş ağrısı”na çevrilib. Onlar iddia edirlər ki, menyunun böyüdülməsi əməkdaşların həddən artıq yüklənməsi ilə nəticələnib.

Bununla da, “McDonald’s son iki ildə AB,-da baş verən kəskin satış azalması ilə əlaqədar itkilərini qarşılamağa çalışır.
“Hazırda vəziyyət olduqca ciddidir. Bizim menyularımızda xeyli sayda seçim var və biz xeyli sayda insan üçün həddən artıq xidmət göstərməyə çalışırıq. Restoran şəbəkələri sahiblərinin fikrincə artıq şirkət dağılır”, - deyə restoran sahiblərindən biri bildirib.

Özündə 229 restoranı cəmləşdirən 29 franşiza şəbəkəsində aparılan sorğu göstərib ki, müəssisə sahibləri yaxın il üçün perspektivi 5 ballıq şkala ilə 1,69 səviyyəsində qiymətləndiriblər.

Qeyd edək ki, “McDonald’s” restoranlarının 81%franşıza üsulu ilə fəaliyyət göstərir və sahibkarların narazılığı şirkət üçün böyük problemlər yaşada bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti