Avropanın `cəngəlliyi` - FOTO

Avropanın `cəngəlliyi` - FOTO
  20 Oktyabr 2015    Oxunub:1813
Qərbin tanınmış media vasitələri Fransa və Britaniya sərhəddində yerləşən Kalais şəhərini “cəngəllik” adlandırırlar. Kalaisdə hər gün Fransa tərəfdən mühacirlər divarı aşaraq, eləcə də yükdaşıyan avtomobillərin içərisində Britaniya ərazisinə keçməyə cəhd edirlər.

Kalais şəhərində yaşayış olduqca acınacaqlı və çox pis haldadır. “Fransa dövləti isə problemin həllindən ötrü bu vaxta qədər kalais şəhərində heç bir iş görməyib. Bu günə kimi miqrantların Britaniya ərazisinə keçməməsi üçün rəsmi London yalnız divar tikib. Başqa heç bir iş görməyib”,– deyə `Euronews` bildirib.

Əraziyə baş çəkən Fransanın Avropa Birliyi üzrə baş naziri Manuel Valls bildirib ki, bu problemin həllinə Fransa 5 milyon avro vəsait xərcələməyi qərarlaşdırıb.

Avropa komissiyasının vitse-prezidenti Frans Timmermans qeyd edib ki, Kalais şəhərindəki qaçqınlar Fransa ərazisindəki digər sığınacaqlara paylanacaq.

Kalaisdəki durumla əlaqədar keçirilən konfransa müdaxilə edən “Femen” fəalı isə şəhərə cavabdeh olan məsul şəxsləri Calaisdə insanların ölümünə səbəb olan “meşə qaydaları”, “cəngəllik mühütü” yaratmaqda ittiham edib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti