Müdafiə naziri biabır oldu

Müdafiə naziri biabır oldu
  20 Oktyabr 2015    Oxunub:8385
Almaniyanın müdafiə naziri Ursula fon der Leyenin universitet işində plagiata yol verdiyi aşkarlanıb. Bundan sonra ABŞ-ın “Standfort” universiteti onun adını yaxşı məzunlar siyahısında çıxararaq, “arzuolunmazlar” siyahısına salıb.

Müdafiə nazirinə qarşı bu şübhələr ilk dəfə Almaniyada ortaya çıxsa da, sonradan ABŞ univeriteti tərəfindən də fakta aydınlıq gətirilib.

“Standfor” universiteti açıqlama verib ki, “Xanım fon der Leyen öz tərcümeyi-halında qeyd etdiyi kimi, bizdə ixtisas kursu keçməyib və sadəcə qonaq dinləyiçi qismində iştirak edib”.

Universitetin rəsmisi bildirib ki, kim bu cür addım ataraq saxtakarlığa yol verəcəksə, universitetin ən arzuolunmaz şəxsləri sırasına salınacaq.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti