Azərbaycan Avropa Şurasının iclasından imtina etdi

Azərbaycan Avropa Şurasının iclasından imtina etdi
  21 Oktyabr 2015    Oxunub:3756
Bu gün Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 29-cu sessiyası öz işinə başlayıb.
Konqresin mətbuat katibliyindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın Konqresdəki nümayəndə heyəti qurumun budəfəki sessiyasında iştirak etməkdən imtina edib. Buna səbəb isə bu il sentyabrın 18-də Konqresin Monitorinq Komitəsinin Polşanın Varşava şəhərində keçirilmiş toplantısında Azərbaycanla bağlı bəyanat qəbul edilməsi olub.

Azərbaycan nümayəndə heyəti bu bəyanatı qərəzli hesab edərək, Konqresin budəfəki sessiyasının işinə qatılmaqdan imtina edib.

AzVision.az


Teqlər:



Xəbər lenti