ABŞ Avropada raket atdı - Tarixdə ilk dəfə

ABŞ Avropada raket atdı - Tarixdə ilk dəfə
  21 Oktyabr 2015    Oxunub:2917
ABŞ Silahlı Qüvvələri ilk dəfə Avropada PRO (raket əleyhinə müdafiə) proqramı üzrə sınaq keçirərək Atlantik okeanı üzərində təlim ballistik raketini məhv edib.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) xəbər yayıb.

“Bu ABŞ raket poliqonundan kənarda idarə olunan “Standart-3” Blok 1A raketinin havaya buraxılması və Avropada belə bir raketin ələ keçirilməsinə dair ilk sınaq idi”, - deyə ABŞ HDQ-nın yaydığı məlumatda bildirilib.

Məlumatda vurğulanıb ki, ballistik raket Şotlandiya sahilləri yaxınlığında lövbər salan “Ross” esminesindən havaya buraxılıb.

Qeyd edək ki, daha əvvəl Avropada NATO hərbi təlimlərinin aktiv fazasının başlayacağı elan olunmuşdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti