Tanınmışlar kimə səs verəcəklər? - SORĞU

Tanınmışlar kimə səs verəcəklər? - SORĞU
  21 Oktyabr 2015    Oxunub:4096
Noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Deputatlığa namizədliyini irəli sürən şəxslər arasında hazırki millət vəkilləri ilə yanaşı, yeni simalar da görmək mümkündür.

Tanınmışlar öz namizədlərini tanıyırlarmı? Onlar kimə səs verəcəklər?

Şair Baba Vəziroğlu AzVision.az-a bildirib ki, o, İsmayıllı rayonundan namizədliyini irəli sürən Novruz Aslanın vəkilidir:



“Millət vəkili Novruz Aslanın təşkilat kanpaniyasında təmsil olunuram. Hazırda İsmayıllıdayıq. Mən Səbail rayonunda qeydiyatdayam. Oradan namizədliyini verən şəxsləri isə tanımıram”.

Xanəndə Mənsum İbrahimov namizədləri tanımadığını etiraf edib. Xalq artisti bunu vaxt azlığı ilə izah edib:



“Səbail rayonunda qeydiyatdayam. Ancaq bizim rayondan namizədliyini verəcək şəxsləri hələ tanımıram. Düzünü desəm, bu mənim vaxt azlığımla bağlıdır. Bu səbələrdən heç nədən xəbərim yoxdur. Ancaq hər dəfə deputata seçkilərində iştirak edirəm”.

Hüquqşünas Adil Minbaşı bu il seçkilərdə səs verməyəcək.



“Mən Səbail rayonunda qeydiyyatdayam. Bu il deputat seçkilərində iştirak etməyəcəm. Qeydiyatda olduğum rayondan olan namizədləri ümumiyyətlə tanımıram”.

Rejissor Şeyx Əbdül Mahmudov isə namizədlərini tanımasa da, yaxın günlərdə onlarla tanış olacağını deyib:



“Çalışdığım qədər bütün seçkilərdə iştirak edirəm. Bakının Nəsimi rayonunda qeydiyyatdayam. İşlərimi görəndən namizədlərlə tanış olacağam ki, görüm kimə səs verim. Mən bəzən səs verəndə səs vermə blankının arxasına öz fikirlərimi də yazıram. Yəni bu proseslərdə müstəqil ölkənin vətəndaşı kimi yaxndan iştirak edirəm”.

Politoloq Qabil Hüseyinli isə yeni namizədlərə dəstək verməyi düşünür:



“Mən Nəsimi rayonundan23 saylı Nəsimi-Səbail seçki dairəsindən səs verəcəyəm. Oradan olan namizədlərin bir neçəsini tanıyıram. Tanımadıqlarım haqqında isə məlumat toplayacağam. Məsələn, artıq 4-cü dəfə namizədiləyini verən Ziya Səmədzadəyə səsimi verməyəcəm. Düşünürəm ki, parlamentə yeni simalar, yeni nəfəs lazımdır”.

Aktrisa Firəngiz Mütəllimova səsini kimə verəcəyini dəqiq bilir:



“Mən namizədimi Yasamal rayonundan seçəcəyəm. Saytlardan oxudum ki, deputatımız Ülvi Quliyev bu il də namizədliyini verib. Bu il də səsimi ona verməyi düşünürəm. Çünki o mənə nəyinki bir aktrisa kimi, həm də bir vətəndaş kimi yardım edib. Ürək əməliyyatımdan sonra bir çox problemlərim oldu. Ülvi Quliyev problemlərimin həllində mənə çox kömək etdi”.

Azərbaycan Futbol Federasiyası məşqçilər komitəsinin üzvü Ağasəlim Mircavadov səsvermədə iştirak edəcəyini bildirib:



“Mən Binəqədi rayonunda qeydiyyatdayam. Namizədlərlə bağlı az da olsa məlumatım var. Təbii ki, tanıdığım, güvəndiyin namizədə səs verəcəyəm”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti