Putin Rusiya və dünyanı xilas etməyə çalışır – Kissincer

Putin Rusiya və dünyanı xilas etməyə çalışır – Kissincer
  21 Oktyabr 2015    Oxunub:3116
ABŞ-ın “Wall Street Journal” jurnalında məşhur analitik Henri Kissincerin (Henry Kissinger) “Yaxın Şərqi kollapsdan necə xilas etməli” («A path out of Middle East Collapse») məqaləsi dərc olunub.
Hazırda bu məqalə bütün dünyada maraqla qarşılanır və analiz edilib. Bu barədə AzVision.az “İnoSMİ”yə istinadən xəbər verir.

Kissincerin məqaləsinin əsas məğzi belədir: Əgər nüvə silahı Yaxın Şərqdə özünə yer tapsa, onda faciəli sonluqdan praktiki olaraq qaçmaq mümkün olmayacaq”.

Obama və Avropa bu yaxınlarda İrana nüvə silahı yaratmaq üçün açar verdi. Səudiyyə Ərəbistanı ona nüvə silaha satmağa hazır olan tədarükçü tapmağa çalışır. Pakistan onu satır. Məgər biz geri qayitması mümkün olmayan “faciə zonası”na daxil olmamışıq?

Bizim çılğın liberallarımız isə Obamanı xilas etmək üçün bu qəbiristanlıqdan sadəcə keçdilər. Lakin növbəti prezidentin belə bir şansı olmayacaq.

Putin bu yaxınlarda bilirdi ki, “bəzi amerikalıların başında beyin yerinə palçıq var”



Məqalənin əvvəlində Kissincər Yaxın Şərqdə güclər balansının tamamilə süquta uğradığını bildirib. O, uzun və çətin cümlələrdən istifadə etdiyi üçün diqqəti onun əsas ideyalarından bəzilərinə cəmləmək lazımdır.

1. Rusiyanın Suriyaya gəlməsi ilə dörd on illik davam edən geosiyasi struktur çökdü.

2. Dörd ərəb dövləti (Liviya, Suriya, İraq və Yəmən) praktiki olaraq fəaliyyətini dayandırıb. Bütün bu dövlətlər şəriət qaydaları ilə yaşayan, qlobal xilafətə çevrilməyə cəhd edən İŞİD tərəfindən işğal oluna bilər.

3. ABŞ və Avropa üçün düşünülmüş strategiya lazımdır. Hazırda bizim belə bir strategiyamız yoxdur.

4. İranın normal dövlət olduğunu düşünmək – istəyi reallıq kimi qəbul etməkdir. Müəyyən vaxt keçdikdən sonra o belə bir dövlət ola bilər. Lakin bu gün İran “Armegeddona” aparan yoldadır.

İsrail dünyanın bir çox ölkələri kimi bu burulğanın içindədir və məhz buna görə, Rusiya Suriyaya hərbi müdaxilə edib. Putin ilk növbədə Rusiyanın maraqlarını qoruyur.

5. İŞİD qaldıqca və müəyyən əraziyə nəzarət etdirməyi davam etdirdikcə, o Yaxın Şərqdə gərginliyin qalması ilə nəticələnəcək. İŞİD-in qarşısının alınması, Əsədin devilməsindən daha əhəmiyyətlidir.

6. ABŞ artıq Rusiyanın bu hadisələrdə iştirakına imkan verib. (Vladimir Putin İkinci Dünya müharibəsində olduğu kimi yeni Rusiya və Qərb alyansının yaradılmasını təklif edib. )

Putinin fəaliyyətinin strateji şəffaflığı şərti ilə, Qərbdə ümumi siyasi iradənin olmaması nəzərə alınsa belə bir alyans yaxşı nəticə verə bilər.



Kissincer bunu vurğulamayıb, ancaq Putin terrorçu qüvvələrin cənub sərhədlərində nüvə silahına necə addım-addım yaxınlaşmasını şəxsən şahidi olub. Putin çeçen terrorçuları ilə amansız Rusiya tərzində vuruşa-vuruşa hakimiyyətə gəlib. Bu gün minlərlə çeçen İŞİD qüvvələrinin tərkibində Suriya və İraqda vuruşur və bu adamlar axın vaxtlarda Rusiya və ya Çeçenistana qayıda bilərlər.

Təsəvvür edin bizim sərhədlərimizdə minlərlə fanatik terrorçu var və onda siz Moskvanın yaranmış vəziyyəti necə qiymətləndirməsinin şahidi olacaqsınız.

Nəticə: Yaxın Şərqdə nüvə yarışından qurtulmaq üçün bəlkə də dünyanı xilas edəcək Qərb və Rusiya alyansı lazımdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti